09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

GununNebzi.az-
ın məlumatına görə, Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Tarix: 20-05-2023, 14:42 Oxunub: 7


Bölməyə aid digər xəbərlər