09:44 / 18-12-2024
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi
09:44 / 18-12-2024
Ödənişli yoldan istifadə edən sürücülərin nəzərinə! - Video
07:34 / 18-12-2024
Azərbaycanda son 40 ilin ən sərt qışı GÖZLƏNİLİR: Kəskin soyuqlar OLACAQ
07:31 / 18-12-2024
Aİ Türkiyəyə 1 milyard avro ayırdı
07:30 / 18-12-2024
ABŞ-dən Kirillovun öldürülməsi ilə bağlı AÇIQLAMA
22:30 / 17-12-2024
Zelenski: Bizə Orban kimi vasitəçi lazım deyil
22:27 / 17-12-2024
Bakının mərkəzində maşın yandı - Video
22:24 / 17-12-2024
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
18:54 / 17-12-2024
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü
17:04 / 17-12-2024
İlham Əliyev Rüstəm Minnixanovla görüşdü - Video - Foto - Yenilənib
17:01 / 17-12-2024
Sosial şəbəkələrdə yaxta kirayəsi fırıldağı - Tutulanlar var - Foto
17:00 / 17-12-2024
Hərbi cinayətkarların işi məhkəməyə göndərildi
16:57 / 17-12-2024
Gəncədə sursat partladı - Şəhid atası vəfat etdi
16:56 / 17-12-2024
Azərbaycan əhalisinin yeni sayı - Açıqlandı
13:54 / 17-12-2024
Travmatoloqlar 4 minə yaxın maaş alır
13:52 / 17-12-2024
İşdən çıxarılan rəis müavini - Ali Məclisi məhkəməyə verdi
13:51 / 17-12-2024
Ərdoğan Ursula von der Leyeni qəbul etdi
10:04 / 17-12-2024
Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı
10:03 / 17-12-2024
Moskvada partlayışda general öldü - Video - Yenilənib
07:17 / 17-12-2024
Tramp: Ərdoğan çox ağıllı adamdır
07:13 / 17-12-2024
“Biz evli deyilik” - Paşinyan
07:11 / 17-12-2024
Suriyanın yeni liderindən dünyaya - Çağırış
21:36 / 16-12-2024
Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
21:33 / 16-12-2024
Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
21:31 / 16-12-2024
YAP-ın bələdiyyə üzvlüyünə 8071 namizədinin siyahısı təsdiqləndi
21:26 / 16-12-2024
Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
21:23 / 16-12-2024
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
19:17 / 16-12-2024
Bəşər Əsəddən ilk açıqlama: Suriyadan necə çıxıb?
19:15 / 16-12-2024
Raul Zeynalov vəzifəsindən azad edildi
19:08 / 16-12-2024
Hakimlərin seçilməsi prosesi belə olacaq
15:02 / 16-12-2024
5 yaşlı uşaq hovuzda boğuldu
14:44 / 16-12-2024
Baş nazir inflyasiya rəqəmlərini açıqladı
Ödənişli yolda qiymətlər müəyyənləşdi
Tarif Şurasının növbəti iclası keçirilib.
GununNebzi.az Şuraya istinadən xəbər verir ki, alternativ avtomobil yolu və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.
Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi və bir sıra dərman vasitələri üçün tariflər müəyyənləşdirilib.
Bildirilib ki, son illərdə ölkəmizdə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.
Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometr uzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına təkan verəcəkdir.
Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur.
Həmin yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və 17 oktyabr 2023-cü il tarixində Şuranın növbəti iclası keçirilib.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Qərar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-10-2023, 17:34 Oxunub: 21
Bölməyə aid digər xəbərlər
7-09-2023, 00:53
Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi
29-09-2023, 18:49
Bakı-Quba yolunun bu hissəsində hərəkət məhdudlaşdırılır
28-12-2020, 16:53
İlham Əliyev yolun açılışında iştirak etdi - FOTOLAR
13-05-2022, 17:52
Agentlikdən Bakı-Quba yolu ilə bağlı açıqlama
17-10-2023, 17:36
202 dərmanın yeni qiyməti təsdiqləndi