10:46 / 03-02-2025
Məktəb direktoru həbs olundu
16:25 / 02-02-2025
Xəzər dənizində zəlzələ
Zığdan avtovağzaladək avtobus zolağı dəhlizi yaradılacaq

Zığdan avtovağzaladək avtobus zolağı dəhlizi yaradılacaq

“Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Report”a müsahibəsində bildirib.

A.Rzayev qeyd edib ki, AYNA yolların buraxılış imkanlarının artırılması üçün Zığdan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi zolaq dəhlizinin yaradılması istiqamətində iş aparır:

“Sevindirici haldır ki, bu gün paytaxtda hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə olunur. Hazırda Bakı-Sumqayıt şosesində də avtobus zolağı təşkil edilir”.

Tarix: 24-10-2023, 16:31 Oxunub: 3


Bölməyə aid digər xəbərlər