09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Məzuniyyətə bu məhkumlar buraxılırmış

Məzuniyyətə bu məhkumlar buraxılırmış

Xəbər verdiyimiz kimi, Azərbaycanda məhkumlar məzuniyyətə buraxılır.

GununNebzi.az-
ın məlumatına görə, ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən və ilk dəfə az ağır, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunan, müsbət xarakterizə edilən, əməyə cəlb olunan və yaxşılaşdırılmış şəraitə keçirilmiş məhkumlar 7 günədək ailə üzvlərinin yaşadığı ünvana, yəni məzuniyyət dövründə CM-in hüdudlarından kənara qısamüddətli səfərə buraxıla bilər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namik Həsənov AZƏRTAC-a açıqlamasında məhkumların məzuniyyətə buraxılması praktikası haqqında danışıb:

“Məhkumların cəzaçəkmə müəssisələrindən kənara çıxması ilk deyil. Belə ki, müsbət davranışlı azyaşlıların həvəsləndirmə qaydasında ölkə ərazisində keçirilən mədəni-kütləvi, idman tədbirlərində iştirakını, eyni zamanda, şəhər gəzintisinə çıxarılmalarını təmin etmək məqsədilə onlar müəssisə hüdudlarından çıxıblar. Həmçinin az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olan məhbuslar qohumluq borclarını yerinə yetirməsi ilə əlaqədar ailə üzvlərinin dəfn və yas məclislərində iştirak etmələri üçün müəssisə hüdudlarından kənara buraxılıblar. Hazırda isə bu qanun daha geniş formada tətbiq edilir. Məzuniyyət səfərlərinə yalnız ölkə ərazisi hüdudlarında icazə verilir. Bu zaman yola sərf olunan iki gün nəzərə alınmır”.

Bizi Facebookda izləyin

Tarix: 31-10-2023, 21:14 Oxunub: 20


Bölməyə aid digər xəbərlər