09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Prezidentin Ehtiyat Fondunun vəsaiti artırılsın”

“Prezidentin Ehtiyat Fondunun vəsaiti artırılsın”

Cəmi 7 rayona dövlət büdcəsindən maliyyə ayrılacaq. Onun 6-sı işğaldan azad olunmuş rayondur digəri isə Yardımlıdır”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Yerdə qalan rayon və şəhərlərimiz özü öz büdcəsinə formalaşdırıblar. Rayonlarda kim yaxşı işləyirsə, vergi yığılırsa, orada müəyyən faiz saxlanılsın. O faizlə abadlıq və digər işlər həll edilsin”, - deyə deputat qeyd edib.

S.Novruzov Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılmasını da təklif edib:

“Bu gün dünyada zəlzələlər, digər təbii fəlakətlər olur. Bütün bunların təsirlərinin vaxtında qarşılanması üçün Fondun vəsaiti artırılsa, yaxşı olar”.

“Günbəgün nəqliyyatın, kommunal xidmətlərin qiymətləri artır. Təxminən 90 min veterana 80 manat müavinət verilir. Düşünürəm onların müavinətinin artırılması problem olmamalıdır”, - deyə deputat əlavə edib.

Tarix: 6-11-2023, 12:55 Oxunub: 15


Bölməyə aid digər xəbərlər