09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Röyadan etiraf: "Ev halımda getdim bank müdirinin yanına dedim ki..."

Röyadan etiraf: "Ev halımda getdim bank müdirinin yanına dedim ki..."
Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Sənətçi qonaq olduğu "Qapqara” verilişində yaşadığı evi almaq üçün bank müdiri dostuna ağız açdığını və 8 ay müddətində həmin borc pulu qaytardığını söyləyib.

"İndi yaşadığım evi almaq üçün ora dayəmiz Solmazla baş çəkdik. Dayəmiz dedi ki, cəmi 20-30 min pul var və biz bu evi heç zaman ala bilmərik. Cavab verdim ki, alacağıq. Dostum olan bank müdirinə zəng vurub söylədim ki, işdəsənsə yanına gəlmək istəyirəm. Onun yanına ev geyimində getdim. O isə mənə hər zaman səhnə geyimində görüb. Məni görüb, şok keçirtdi.

Dostuma dedim ki, mənə o evi almaq üçün filan qədər pul lazımdır. Verə bilərsən? Cavab verdi ki, bu pulu sənə vermək üçün bu qədər sənədlər lazımdır. Bunu eşidəndən sonra ayağa qalxıb dedim ki, mən çıxıb gedirəm. Sonra prodüserim Kənan zəng vurub mənə söylədi ki, bəs dostun deyir ki, elə bil ki o artıq pulu götürüb, nə var axı bir söz deyən kimi Röya küsür?!

Mən isə elə zənn etmişdim ki, həmin pulu qaytarmayacağımı düşünüb. Cəmi 8 ayın içində evi alıb, köçdüm. Solmaza zəng vurub dedim ki, bir də heç zaman mənə "sən bunu ala bilməzsən” demə. Çünki mən onu edə bilərəm. 8 aya da o pulu qaytarmaq qeyri-mümkün idi. Geyimlərimlə birgə bu pulu qaytarmaq çox çətin idi. Amma o pulu qaytarmaq üçün mən o geyimləri ikinci dəfə məcbur geyindim. Çünki həmin pulu işləyib, qaytarmalı idim. O paltarı başqa cür geyinərəm, eybi yox... Amma mağazalardansa, pulu evin ödənişini verdim”, - deyə Röya vurğulayıb.(Bizim.Media)


Tarix: 6-01-2024, 01:04 Oxunub: 1


Bölməyə aid digər xəbərlər