Yeni nazir kadr dəyişikliklərinə başladı

Yeni nazir kadr dəyişikliklərinə başladı
Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov işdən çıxarılıb.

Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Cavid Hüseynovun öz xahişi əsasında başqa işə keçməsi ilə əlaqədar ədliyyə orqanlarında qulluğuna xitam verilib.

Bundan başqa, nazirliyin Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Təyar oğlu Rəhimova həvalə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 fevral 2024-cü il Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycanın ədliyyə naziri təyin edilib. F. Əhmədov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini icra edib.

(Qafqazinfo)


Tarix: 15-03-2024, 13:01 Oxunub: 4


Bölməyə aid digər xəbərlər
27-02-2024, 12:36 Yeni nazir kimdir? - Dosye