Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxs məsuliyyətə cəlb edilib.
GununNebzi.az-ın qafqazinfo -ya istinadən məlumatına görə, internetdə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb.
Bu səbəbdən onun haqda İnzibati Xətalar Məcəlləsinin 388-1.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə protokol tərtib edilib, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Adıçəkilən gənc əsasən TikTokda açdığı canlı yayımlarda qız səsi ilə danışaraq müxtəlif şəxslərə zəng edib. Onun bu əməli isə istifadəçilərin hissləri ilə oynamaq kimi qiymətləndirilib.
Məhkəmənin qərarı ilə M.Mirələmzadə 1 aylıq inzibati qaydada həbs edilib.
Bölməyə aid digər xəbərlər