10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı - İstintaq davam edir

143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı - İstintaq davam edir
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.

MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun adı keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib.

Bildirək ki, xəbəri ilk "unikal.az" saytı yayıb.


Tarix: 18-05-2024, 22:41 Oxunub: 2


Bölməyə aid digər xəbərlər