18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
DSX məlumat yaydı - FOTO

DSX məlumat yaydı - FOTOAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

GununNebzi.az xəbər verir ki, 02 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozmasi müşahidə olunmuşdur.
Sərhəd zastavası “həyacan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilmiş, nəticədə sərhəd pozucularından biri - Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd “Metadon”, 100 ədəd “Glibotex”, 210 ədəd “Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılmışdır.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiq­ləş­dirilərək ­DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxla­nıl­mışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX məlumat yaydı - FOTO
















DSX məlumat yaydı - FOTO


Tarix: 5-09-2020, 14:57 Oxunub: 155


Bölməyə aid digər xəbərlər