Təyyarədən “Pantsir-S”in parçası çıxarılıb

Təyyarədən “Pantsir-S”in parçası çıxarılıb
2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub.

GununNebzi.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

“Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Tarix: 4-02-2025, 23:27 Oxunub: 1


Bölməyə aid digər xəbərlər