
Donald Trampın Ukraynaya 350 milyard dollar yardım iddiası faktlarla uzlaşmır.
GununNebzi.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən bəri ABŞ Konqresi Ukraynaya dəstək üçün təxminən 183 milyard dollar ayırıb. Bu məbləğin 65,9 milyard dollarının Kiyevə hərbi yardım üçün göndərildiyini Pentaqon təsdiqləyib, digər 3,9 milyard dollar isə xərclənməyib. Bu 183 milyard dolların təqribən 58 milyard dolları ABŞ-da müdafiə sənayesinin inkişafına, xüsusən də Ukraynaya ötürülən silahların Amerika istehsalı olan yeni silahlarla əvəzlənməsinə xərclənib.
Qeyd edək ki, bu həftə ABŞ prezidenti Donald Tramp ABŞ-nin Ukraynaya dəstək üçün 350 milyard dollar xərclədiyi iddiasını yenidən təkrarlayıb.
Bölməyə aid digər xəbərlər