01:16 / 26-02-2025
Hərbçimiz vəfat etdi
15:15 / 24-02-2025
ADY-də yeni təyinat - Foto
Kirayənişinlər arasında dava - 2 nəfər bıçaqlandı

Kirayənişinlər arasında dava - 2 nəfər bıçaqlandı
Ötən gün Bakının Nizami rayonunda kirayə qalan şəxslər arasında bıçaqlanma hadisəsi baş verib.

GununNebzi.az
xəbər verir ki, hadisə rayonun B.Nuriyev küçəsi ev 75A ünvanında qeydə alınıb.

Belə ki, Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.

Nəticədə R. İsmayılov hər iki şəxsə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində CM-nin 126.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində tutulub.

Qafqazinfo


Tarix: Dünən, 16:04 Oxunub: 2


Bölməyə aid digər xəbərlər