
Çin Sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
GununNebzi.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Bildirilib ki, iki ölkə lideri Pekin vaxtı ilə günün ikinci yarısında söhbət aparıb.
Bununla belə, söhbət zamanı müzakirə edilən mövzular açıqlanmayıb.
***
Kreml də Putinlə Cinpinin telefon danışığı barədə məlumat yayıb.
Qeyd olunub ki, Putin çinli həmkarını Rusiya və ABŞ arasında baş tutan təmaslar barədə məlumatlandırıb:
“Si Cinpin Rusiya və ABŞ arasında başladılan dialoqu dəstəkləyib və Ukrayna münaqişəsinin dinc nizamlanma üçün yollar axtarışına töhfə verməyə hazır olduğu ifadə edib. Liderlər, həmçinin iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər. Söhbət səmimi və dost xarakter daşıyıb”.
Bölməyə aid digər xəbərlər