01:16 / 26-02-2025
Hərbçimiz vəfat etdi
15:15 / 24-02-2025
ADY-də yeni təyinat - Foto
Həmin müəssisələrə nəzarət bu quruma keçir

Həmin müəssisələrə nəzarət bu quruma keçir
Sosial xidmət növü ilə bağlı qanunvericiliyə yeni maddə əlavə olunub.

GununNebzi.az
xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanuna təklif olunan yeni – 23.0.6-1-ci maddəyə əsasən, sosial-mədəni xidmətlər – şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlib.

Qeyd olunub ki, hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib.

Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.

Bundan başqa, Qanuna təklif olunan digər yeni – 28.2-ci maddəyə əsasən, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bildirilib ki, Qanunun qüvvədə olan redaksiyasında sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müəyyən olunsa da nəzarətin hansı qaydada aparılması müəyyən olunmayıb. Belə ki, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə qeyd olunan maddəyə dəyişiklik təklif olunur.


Tarix: Dünən, 16:08 Oxunub: 0


Bölməyə aid digər xəbərlər