Rəsmi Moskva: Türkiyə ilə mövqelərimiz fərqlidir, amma...

Rəsmi Moskva: Türkiyə ilə mövqelərimiz fərqlidir, amma...Türkiyə ilə Krım məsələsinə mövqelərimiz fərqlidir, amma bu, münasibətlərin inkişafına əngəl deyil.

GununNebzi.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya-Türkiyə münasibətləri bizim üçün də, Ankaradakı həmkarlarımız üçün də regional sabitlik və təhlükəsizlik üçün əhəmiyyətlidir”, - Peskov bildirib.

Münasibətlərin qarşılıqlı olaraq fayda təmin etdiyini vurğulayan Kreml rəsmisi bu əlaqələrin bir-birinə müdaxilə etməməyə və hörmətə əsaslandığını dilə gətirib: “Bununla birlikdə, münasibətlərimizdə fikir ayrılıqları da mövcuddur. Krım ciddi fikir ayrılığımız olan mövzudur. Bu məsələyə tamamilə zidd baxış bucağımız var”."Publika.az"


Tarix: 4-12-2020, 19:26 Oxunub: 153


Bölməyə aid digər xəbərlər