23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Nazarbayevin qızı yenidən parlamentə qayıtdı

Nazarbayevin qızı yenidən parlamentə qayıtdıQazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Parlamentə qayıdıb.

GununNebzi.az “Sputnik”ə istinadla xəbər verir ki, o, “Nur Otan” partiyasından deputat olacaq.

Qeyd edək ki, Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası parlament seçkilərində səslərin 71.09% -ni qazanıb. Nəticədə partiya 98 mandatından 76-na sahib olub.

Dariqa Nazarbayeva əvvəllər Senatın spikeri olub.

Lakin 2020-ci ilin may ayında o, vəzifəsini tərk etmişdi: Prezident Kasım-Jomart Tokayevin sərəncamı ilə onun deputatlıq səlahiyyətlərinə xitam verilmişdi.


Tarix: 12-01-2021, 23:40 Oxunub: 224


Bölməyə aid digər xəbərlər