23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Misir prezidenti əhalini ikidən artıq övlad dünyaya gətirməməyə çağırdı

Misir prezidenti əhalini ikidən artıq övlad dünyaya gətirməməyə çağırdıMisir Prezidenti Əbdülfəttah əs-Sisi əhali sayının artması və sürətli artım problemindən danışıb.

GununNebzi.az-ın xəbərinə görə, Bu barədə “Al-Ahram” xəbər yayıb.

Misirdə 100 milyondan çox insan yaşayır; ölkədə hər il 2 milyon uşaq dünyaya gəlir.

“Hər ailədə ikidən çox uşağın olması böyük problemdir. Əhalinin sürətli artımının təhlükəli olduğunu hər kəsə çatdırmaq lazımdır”, - deyə Misir başçısı bildirib.

Doğum nisbətinə ciddi məhdudiyyətlər qoymaq planlaşdırılmır, ancaq əhali artımı mövcud resurslara uyğun olmalıdır.

“Əhalinin artması məsələsi nəzarət altına alınmayana qədər insanlar yaşayış şərtlərində heç bir irəliləyiş hiss etməyəcəklər”, - deyə əs-Sisi xəbərdar edib.


Tarix: 17-02-2021, 22:14 Oxunub: 117


Bölməyə aid digər xəbərlər