23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"İsgəndər”in yaradıcısı: “Paşinyan ağzının danışığını bilmir”

"İsgəndər”in yaradıcısı: “Paşinyan ağzının danışığını bilmir”Ermənistan baş aziri Nikol Paşinyanın müsahibəsində “İsgəndər” raketini pisləməsi Rusiyada ciddi narazılıq doğurub.

GununNebzi.az xəbər verir ki, “İsgəndər” raketinin yaradıcısı, texniki elmlər doktoru Vladimir Kovalyev da məsələyə reaksiya verib. O, Paşinyanı diletant və savadsız adlandırıb.

“Bizim komplekslərin yararsız olmasını iddia etdiyi üçün Paşinyan sözlərinə cavab verməlidir. O ağzının danışığını bilmir. İctimaiyyət önündə belə ciddi iddia səsləndirmək və sonra məslənin detallarını bilmədiyini söyləmək baş nazirə yaraşan hərəkət deyil. Onun “İsgəndər” raketlərinin 80-ci illərin silahı olması barədə sözləri savadız diletantlıq əlamətidir”.

Hərbi tədqiqatlar sahəsində 37 il təcrübəsi olan alim “İsgəndər” raketlərinin sınaqlarına qatıldığını və raketlərin həmişə partladığını əlavə edib. O, Qarabağ döyüşlərində “İsgəndər” raketlərin yalnız 10%-nin partladığını deyən Paşinyana savadını artırmağı tövsiyyə edib.

“O ya məktəbdə 2 ilə oxuyub, ya da qulağının ucu ilə eşidib ki, “İsgəndər” raketlərinin xaricə satılan nümunələrinin partlayış gücü Rusiya Ordusunun istifadə etdiyi raketlərdən 10% azdır. Bunu Moskva Yerevandan heç zaman gizlətməyib. Amma Paşinyanın yol verdiyi səhvlər heç məşhur erməni lətifələrində də olmur”- deyə Vladimir Kovalyev söyləyib.


/Modern.az


Tarix: 24-02-2021, 19:43 Oxunub: 122


Bölməyə aid digər xəbərlər