23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Alibaba” 2,78 milyard dollar dəyərində cərimələndi

“Alibaba” 2,78 milyard dollar dəyərində cərimələndi

Çin Xalq Respublikasının Bazara Nəzarət üzrə Dövlət İdarəsi antiinhisar qanunvericiliyini pozduğuna görə “Alibaba” şirkətinin 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) məbləğində cərimə olunduğunu elan edib.

GununNebzi.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytındaki bəyanatda deyilir.

"İnhisarçılıq haqqında qanunun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsi barədə qərar qəbul edilib. Bu şirkət milli qanunvericiliyi pozmağı dayandırmalıdır, 2019-cu ildə Çindəki satışı 455,71 milyard yuan (69,67 milyard ABŞ dolları) təşkil edən şirkətin cəriməsinin məbləği 4% təşkil edəcək. “Alibaba” 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) ödəməlidir", - sənəddə deyilir.

Tarix: 11-04-2021, 19:26 Oxunub: 220


Bölməyə aid digər xəbərlər