Avropa İttifaqı plastik qablardan istifadəni dayandırdı

Avropa İttifaqı plastik qablardan istifadəni dayandırdı

Avropa İttifaqı ölkələri plastik qablardan istifadəyə birdəfəlik son qoyub. Bununla bağlı müvafiq qanun 3 iyul tarixində qüvvəyə minib.

GununNebzi.az
xəbər verir ki, bu haqda Ətraf mühit üzrə Avropa komissarı Virginijus Sinkevicius öz tvitter hesabında yazıb.

Sinkevicius qeyd edib ki, iyulun 3-də Avropanın plastik qabların, pambıq çöplərin, kokteyl üçün çubuqların, hava şarları üçün çubuqların, okso-parçalana bilən yemək qablarının və köpük stəkanların istifadəsindən və istehsalından birdəfəlik olaraq imtina etdiyi o gün gəlib çatıb.

Qeyd edək ki, Avropa parlamenti plastikdən hazırlanmış birdəfəlik istifadə olunan məhsulların istehsalını və satışını qadağan edən qanunu hələ 2019-cu ildə qəbul edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixindən Azərbaycanda da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi

Tarix: 5-07-2021, 14:52 Oxunub: 179


Bölməyə aid digər xəbərlər