23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyan deputat mandatından imtina etdi

Paşinyan deputat mandatından imtina etdi

Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.

GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan feysbuk səhifəsində bildirib.

16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib. Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Koçaryandır.

Tarix: 20-07-2021, 21:15 Oxunub: 206


Bölməyə aid digər xəbərlər
21-06-2021, 10:33 Paşinyandan ilk açıqlama
20-06-2021, 15:24 Paşinyan səs verdi - VİDEO