09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Gürcüstanda 6 yaşlı uşaq koronavirusdan öldü

Gürcüstanda 6 yaşlı uşaq koronavirusdan öldü

Gürcüstanda 6 yaşlı uşaq koronavirusdan dünyasını dəyişib.

GununNebzi.az
“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, azyaşlı Tsitsişvili adına Tbilisi uşaq xəstəxanasında müalicə alıb. Tibb mərkəzinin direktoru Mayi Çxaidzenin sözlərinə görə, uşaq klinikaya avqustun 27-də ağır vəziyyətdə gətirilib. Onun bir neçə xroniki xəstəliyi olub və ev şəraitində müalicəsi aparıldığından septik şok keçirib.

“Klinikaya gətirilən kimi süni nəfəs aparatına qoşduq. Uşağın bir neçə xroniki xəstəliyi var idi: beyin iflici, epilepsiya, psixomotor ləngimə. Koronavirus səbəbindən septik şok artdı və körpə dünyasını dəyişdi”, - deyə direktor açıqlamasında bildirib.

Qeyd edək ki, hazırda sözügedən xəstəxanada 80 yeniyetmənin COVİD-19 müalaicəsi davam etdirilir. Onlardan 29-u reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır.

Statistikaya əsasən, Gürcüstanda gündəlik yoluxmanın 10%-i uşaqların payına düşür.“Qafqazinfo”

Tarix: 30-08-2021, 22:17 Oxunub: 135


Bölməyə aid digər xəbərlər