02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Türkiyədə koronavirusdan sonra kafe və restoranlar belə fəaliyyət göstərəcək

Türkiyədə koronavirusdan sonra kafe və restoranlar belə fəaliyyət göstərəcək

gununnebzi.az “Türkiyədə kafe və restoranlar ən geci iyun ayında xidmət göstərməyə başlayacaq”.

“Yeni Şafak” nəşrinin məlumatına görə, bunu Türkiyənin Restoranlar və Turizm Dərnəyi (TÜRES) sədri Ramazan Bingöl deyib.

“Müəssisələr açılanda, hələlik dəqiq bir qərar olmasa da, obyektin potensialının 50 faizi qədər müştəri qəbul edilməsi tələbi gündəmdədir. Müəssisəyə gələn bütün müştərilərin temperaturu ölçüləcək və masaların arasında 2-2,2 metr məsafə olacaq.

Masada duzqabı, istiotqabı olmayacaq, bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paketlərdə veriləcək. Tələb edənlərə birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl-qaşıq təqdim olunacaq və ya mövcud çəngəl-bıçaqlar təmassız şəkildə qablaşdırılıb masaya gətiriləcək, müştəri özü həmin paketləri açacaq.

Bundan əlavə, özünəxidmətə üstünlük veriləcək”, - deyə R.Bingöl bildirib.


Tarix: 7-05-2020, 15:51 Oxunub: 90


Bölməyə aid digər xəbərlər