23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Belarus və Ermənistan arasında diplomatik qalmaqal var?

Belarus və Ermənistan arasında diplomatik qalmaqal var?

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın İttifaq Dövlətinə qoşulma ehtimalı ilə bağlı açıqlaması Minsk və İrəvan arasında diplomatik qalmaqala səbəb olmayıb”​.

GununNebzi.az
xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Belarus Prezidentinin müsahibəsinə tam baxmaq lazımdır. “Orada hansısa dövlətin kimsə tərəfindən hansısa inteqrasiya birliyinə daxil olmağa məcbur edilməsi barədə heç bir qeyd yoxdur. Mən ümumiyyətlə başa düşmürəm, nəyə görə söhbət hansısa diplomatik qalmaqaldan gedir”, - deyə Makey jurnalistin sualına cavab olaraq bildirib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində ölkələrin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasının mümkün perspektivlərini şərh edərkən deyib ki, “Ermənistanın getməyə yeri yoxdur”.

Bunun ardınca, Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı.“Qafqazinfo”

Tarix: 16-02-2022, 14:56 Oxunub: 59


Bölməyə aid digər xəbərlər