23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ xarici işlər nazirlərinin növbədənkənar iclası olacaq

Aİ xarici işlər nazirlərinin növbədənkənar iclası olacaq

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın Ukraynaya hücumlarını müzakirə etmək üçün növbəti dəfə növbədənkənar iclas keçirəcək.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, İclas martın 4-də Brüsseldə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jizep Borrelin sədrliyi ilə keçiriləcək.

Borrell Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass, Kanadanın xarici işlər naziri Melani Coli və NATO-nun baş katibi Yens Stoltenberqi də görüşə dəvət edib.

Həmin gün NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO Xarici İşlər Nazirlərinin fövqəladə toplantısı keçiriləcək.“Qafqazinfo”

Tarix: 2-03-2022, 21:52 Oxunub: 94


Bölməyə aid digər xəbərlər