Qaribaşvili Aİ-yə üzvlük üçün ərizəni imzaladı

Qaribaşvili Aİ-yə üzvlük üçün ərizəni imzaladı

Xəbər verdiyimiz kimi, Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə hazırlayır.

GununNebzi.az-
ın “Sputnik Gürcüstan”a istinadən məlumatına görə, ölkənin Baş naziri İrakli Qaribaşvili sözügedən ərizəni imzalayıb.

Qaribaşvili bu barədə ölkə vətəndaşlarına xüsusi müraciətində məlumat verib: “Bu gün Gürcüstan üçün tarixi gündür. Ölkə adından Avropa İttifaqına üzvlük üçün ərizəni imzalayıram”.

Qeyd edək ki, Gürcüstan bu ərizəni 2024-cü ildə vermək istəyirdi, lakin ölkə rəhbərliyi Ukraynadakı hadisələrə görə bu prosesi sürətləndirmək qərarına gəlib.

“Qafqazinfo”

Tarix: 3-03-2022, 18:18 Oxunub: 27


Bölməyə aid digər xəbərlər