“Putin ölsə, müharibə bitəcək” deyən jurnalistə cinayət işi AÇILDI

“Putin ölsə, müharibə bitəcək” deyən jurnalistə cinayət işi AÇILDI

Rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorova qarşı cinayət işi açılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

O, Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaqda ittiham olunur.

Bildirilir ki, Nevzorov martın 9-da Rusiyada qadağan olunmuş “Instagram” sosial şəbəkəsindəki səhifəsində və martın 19-da “Youtube” kanalında doğum evinin atəşə tutulması barədə məlumat yayıb.

Xatırladaq ki, Rusiyalı publisist-jurnalist Aleksandr Nevzorov prezident Vladimir Putinlə bağlı sensasion fikirlər səsləndirib. O bildirib ki, bütün dünya indi yalnız Putinin ölüm xəbərini gözləyir. Jurnalistin fikrincə, Putin ölsə, müharibə bitəcək.

Tarix: 22-03-2022, 21:53 Oxunub: 195


Bölməyə aid digər xəbərlər
14-09-2021, 13:43 Putin özünü təcrid etdi