23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ bu ölkəyə 1 milyard dollarlıq döyüş texnikası satmağa razılıq verdi

ABŞ bu ölkəyə 1 milyard dollarlıq döyüş texnikası satmağa razılıq verdi

ABŞ Nigeriyaya təxminən 1 milyard dollar dəyərində döyüş texnikası satışına icazə verib.

GununNebzi.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Nigeriyaya silahlı dəstə üzvləri, “Boko Haram” və “ISWAP” terror təşkilatları ilə mübarizədə istifadə edilmək üçün satacaq.

Milli mətbuatın verdiyi xəbərə görə, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Təşkilatından verilən açıqlamada, ABŞ-ın Nigeriyaya 997 milyon dollar dəyərində “AH-1Z Cobra” hücum helikopterləri də daxil olmaqla döyüş texnikası satışına razılaşıb.

Satış ümumi təhlükəsizlik məqsədlərinə töhfə verəcək, regional sabitliyi təşviq edəcək və ABŞ və digər Qərb tərəfdaşları ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün Nigeriyanı daha yaxşı təchiz edəcək.

Nigeriya daha əvvəl terror təşkilatı Boko Haramla mübarizə çərçivəsində ABŞ-dan 400 milyon dollar dəyərində döyüş təyyarəsi almışdı, lakin Nigeriya ordusunun insan haqlarını pozduğu səbəbilə keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən təxirə salınmışdı.(Manset.az)

Tarix: 15-04-2022, 17:56 Oxunub: 128


Bölməyə aid digər xəbərlər