23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İsveç və Finlandiyaya NATO-dan dəvət gəldi

İsveç və Finlandiyaya NATO-dan dəvət gəldi

Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Toplantıya İsveç və Finlandiyanın XİN rəhbərləri də dəvətlidirlər.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Tədbir 14-15 may tarixlərində baş tutacaq. Öz növbəsində mayın 19-da Şimali Atlantika Alyansı dövlətlərinin Baş Qərargah rəislərinin iclası keçiriləcək və iclasa İsveç və Finlandiyadan əlavə, Ukrayna nümayəndələri də dəvət olunacaqlar. Tədbirin sessiyalarından biri tamamilə Rusiyanın müharibə əməliyyatlarına həsr olunacaq.

Daha əvvəl Finlandiyanın Baş naziri Sanna Marin bildirmişdi ki, Helsinki çox yaxın gələcəkdə NATO-ya üzv olmaq barədə qərar verə bilər. O qeyd edib ki, Helsinkinin Şimali Atlantika Alyansına tezliklə daxil olması təşəbbüsü Rusiyanın Ukraynadakı hərəkətləri nəticəsində milli təhlükəsizlik sahəsində baş verən dəyişikliklərlə bağlı olub.

(Lenta.ru)

Tarix: 11-05-2022, 17:51 Oxunub: 46


Bölməyə aid digər xəbərlər