İran katerləri ABŞ gəmiləri ilə toqquşmadan son anda yayınıb

İran katerləri ABŞ gəmiləri ilə toqquşmadan son anda yayınıb

Fars körfəzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç kateri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə toqquşmadan son anda yayınıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Washington Post” yayıb.

Məlumata görə, ABŞ-ın “USS Sirocco” və “USNS Choctaw County” gəmiləri Fars körfəzinin beynəlxalq sularından keçərkən İrana məxsus 3 kater “Sirocco” gəmisinə təhlükəli məsafəyə qədər yaxınlaşıb. Bildirilir ki, İran katerləri həddindən artıq yüksək sürətlə hərəkət edib.

ABŞ gəmisi xəbərdarlıq siqnalı verdikdən sonra İran katerləri istiqamətini dəyişib.

Bununla yanaşı, həmin katerlər “USNS Choctaw County” gəmisinə 46 metrə qədər yaxınlaşıb. Bunun ardınca ABŞ gəmisi xəbərdarlıq siqnalı raketi buraxmalı olub.

İnsidentin təqribən 1 saat davam etdiyi vurğulanıb. Daha sonra İran katerləri ərazini tərk edib.

Tarix: 21-06-2022, 10:08 Oxunub: 18


Bölməyə aid digər xəbərlər