16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Aİ səfiri Rusiya XİN-ə çağırıldı

Aİ səfiri Rusiya XİN-ə çağırıldı

Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, Markus Ederer hazırda Rusiya XİN-dədir.

Məlumata görə, M. Edererin XİN-ə çağırılmasına səbəb Litva tərəfindən Rusiya subyektlərindən Kalininqrad vilayətinə bir neçə məhsulun daşınmasına məhdudiyyət qoyulması olub.

Qeyd edək ki, Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov iyunun 17-si bildirib ki, Litva dəmir yolları Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən iyunun 18-dən etibarən Rusiyanın bir sıra subyektindən sözügedən vilayətə bəzi məhsulların daşınmasını məhdudlaşdırdığını açıqlayıb. Vilayət rəhbəri vurğulayıb ki, Litvanın atdığı addımlar qanunsuzdur və razılaşmaları pozur. Belə ki, ölkə Aİ-yə üzv olduqda Kalininqrada tranzitin saxlanılacağına zəmanət verib.

Tarix: 21-06-2022, 14:01 Oxunub: 18


Bölməyə aid digər xəbərlər