Kiyevin iddiası əsasında Türkiyənin saxladığı gəmidə içməli su bitdi

Kiyevin iddiası əsasında Türkiyənin saxladığı gəmidə içməli su bitdi

Kiyevin Ukrayna taxılını daşıdığı iddiası əsasında saxlamağı tələb etdiyi Rusiya bayrağı altında üzən “Jibek Jolı” yük gəmisində içməli su bitib.

GununNebzi.az
xəbər verir ki, bu barədə “TASS”a gəminin ekipaj üzvlərindən biri məlumat verib.

Bildirilib ki, gəmi hava şəraiti ilə əlaqədar limana daxil ola bilmədiyi üçün Karasu limanı yaxınlığında lövbər salıb. Daha sonra “Jibek Jolı” Rusiyanın cənub limanlarından birinin yaxınlığında dayanaraq neytral sulara keçib.

Qeyd edək ki, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyənin Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya bayrağı altında üzən “Jibek Jolı” yük gəmisini saxlaması barədə məlumat yaymışdı. Məsələyə aydınlıq gətirmək üçün Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere Ukrayna Xarici İşlər Nazirliyinə çağırılacaqdı.

Tarix: 12-07-2022, 21:46 Oxunub: 34


Bölməyə aid digər xəbərlər