23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qırx beş ölkə Ukrayna üçün birlikdə çalışacaq

Qırx beş ölkə Ukrayna üçün birlikdə çalışacaq

“40-dan çox ölkə Rusiya ordusunun Ukraynada həyata keçirdiyi hərbi cinayətləri araşdırmaq üçün birgə çalışacaq”.

GununNebzi.az
“Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə 45 ölkənin imzaladığı siyasi bəyannamədə deyilir. Bəyannamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin mənzil-qərargahında keçirilən konfrans zamanı imzalanıb.

Bəyannaməni imzalayanlar sırasında Avropa İttifaqı (Aİ) ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada, Meksika və Avstraliya da olub.

Məlumata görə, bəyannaməyə imza atan ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə kömək etmək və BMT-nin müharibə cinayətlərini araşdırmaq səylərini dəstəkləmək üçün 20 milyon avro ayırmağı vəd ediblər.


(qafqazinfo)

Tarix: 15-07-2022, 16:13 Oxunub: 24


Bölməyə aid digər xəbərlər