01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Conson Ukrayna xalqını təbrik etdi

Conson Ukrayna xalqını təbrik etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna xalqını müstəqilliyinin 31-ci ildönümü münasibətilə təbrik edib.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Nə qədər vaxt aparsa da, Böyük Britaniya Ukraynanı dəstəkləyəcək və bütün lazımi hərbi, iqtisadi və humanitar yardımla təmin edəcək. Bir gün Ukrayna bu ağır sınaqdan çıxacaq və qalib gələcək. Və o an baş verdikdə biz Böyük Britaniyada Ukraynanın dostu olmaqdan daha çox qürur duyacağıq”, - deyə Conson bildirib.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

Tarix: 24-08-2022, 09:26 Oxunub: 25


Bölməyə aid digər xəbərlər
7-07-2022, 21:20 Zelenski Consonla danışdı