21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Boris Conson iqamətgahını belə tərk etdi - Video

Boris Conson iqamətgahını belə tərk etdi - Video

İstefa verən Böyük Britaniyanın Baş naziri Boris Conson həyat yoldaşı Kerri Conson ilə Dauninq-stritdə yerləşən iqamətgahını rəsmi olaraq tərk edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.

İqamətgahın qarşısında çıxış edən Boris Conson yeni hökumətə yolun hər mərhələsində dəstək verəcəyini bildirib.

Məlumata görə, Boris Conson iqamətgahı tərk edərək Şotlandiyada yerləşən Balmoral qəsrinə yollanıb. O, burada rəsmi olaraq istefasını təqdim etmək üçün kraliça II Yelizaveta ilə görüşəcək.

Bununla yanaşı, ölkənin yeni Baş naziri Liz Trass da kraliça tərəfindən qəbul ediləcək.

Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib. Bununla da, Liz Trass bu gün Boris Consonu Baş nazir postunda əvəzləyəcək və hökumətin yeni tərkibini təyin edəcək.

Tarix: 6-09-2022, 13:51 Oxunub: 43


Bölməyə aid digər xəbərlər