23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Putinlə danışıqlar üçün imkanlar tükənib”

“Putinlə danışıqlar üçün imkanlar tükənib”

“Oktyabrın 10-dan etibarən Ukraynanın elektrik stansiyalarının 30%-i sıradan çıxarılıb”.

GununNebzi.az
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında yazıb.

“Bu da ölkəboyu elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün imkanlar tükənib”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Vladimir Putin ötən həftə ölkənin Təhlükəsiz Şurasının üzvləri ilə keçirdiyi iclasda Ukraynanın hərbi idarəetmə, rabitə və energetika obyektlərinə yüksəkdəqiqlikli uzaqmənzilli silahlarla zərbələr endirildiyini açıqlayıb.

Tarix: 18-10-2022, 14:34 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
10-10-2022, 14:46 Putin Ukraynanı hədələdi