Putinin ənənəvi mətbuat konfransı bu il keçirilməyəcək

Putinin ənənəvi mətbuat konfransı bu il keçirilməyəcək

Bu il Rusiya Prezidenti Vladimir Putinin ənənəvi geniş mətbuat konfransı təşkil olunmayacaq.

GununNebzi.az
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

“Geniş mətbuat konfransına gəldikdə isə, bəli, Yeni ilə qədər o təşkil olunmayacaq”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, Vladimir Putin sözügedən ənənəvi geniş mətbuat konfransını 2001-ci ildən keçirir. Putin 2020-ci ildə jurnalistlərlə 4 saat 29 dəqiqə söhbət aparıb. 2008-ci ildə keçirilən mətbuat konfransı 4 saat 40 dəqiqə davam edib və bu, rekord müddət hesab olunur.

Tarix: 12-12-2022, 16:58 Oxunub: 23


Bölməyə aid digər xəbərlər