18:09 / 18-12-2024
Sabah da qar yağacaq
17:57 / 18-12-2024
Həbs müddətləri azaldıldı
ABŞ Ukraynaya və NATO müttəfiqlərinə 44,9 milyard dollar ayıracaq

ABŞ Ukraynaya və NATO müttəfiqlərinə 44,9 milyard dollar ayıracaq

Dekabrın 22-də ABŞ Senatı 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollar məbləğində federal büdcə layihəsini təsdiqləyib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, senatorlar 4155 səhifəlik sənədi səs çoxluğu ilə qəbul ediblər. İndi o, baxılmaq üçün Nümayəndələr Palatasına gedəcək.

Bundan əvvəl məlum olub ki, ABŞ hökumətinin 2023-cü maliyyə ilində fəaliyyətinin maliyyələşdirilməsinə dair Konqresə təqdim edilən qanun layihəsi Ukrayna və ABŞ-ın NATO üzrə müttəfiqlərinə yeni təcili yardımın göstərilməsi üçün 44,9 milyard dolların ayrılmasını nəzərdə tutur.

Qanun layihəsinə həmçinin 858 milyard dollar müdafiə xərcləri və 722,5 milyard dollar qeyri-müdafiə xərcləri daxildir.

Tarix: 23-12-2022, 07:58 Oxunub: 15


Bölməyə aid digər xəbərlər