09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Belçika Rusiyanın 58 milyard avroluq aktivlərini dondurdu

Belçika Rusiyanın 58 milyard avroluq aktivlərini dondurdu

Belçika krallığı Rusiyanın 58 milyard avroluq aktivlərini dondurub və Rusiya ilə bağlı 191 milyard avroluq əməliyyatları bloklayıb.

GununNebzi.az
xəbər verir ki, "Nazirlik Rusiyanın 58 milyard avro dəyərində aktivlərini dondurub. 191 milyard avro dəyərində Rusiya ilə bağlı əməliyyatlar da bloklanıb", - sənəddə deyilir.

Fevralın 25-də qəbul edilmiş 10-cu anti-Rusiya sanksiyaları paketi Avropa banklarını öz milli tənzimləyicilərinə və Avropa Komissiyasına balanslarında bloklanmış Rusiya vəsaitlərinin məbləği barədə məlumat verməyə məcbur edir. Beləliklə, Avropa Komissiyası, Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reyndersin sözləri ilə desək, Aİ-nin müsadirə etmək və Ukraynanın bərpası ehtiyaclarına göndərmək niyyətində olduğu “dondurulmuş aktivlərin inventarını” həyata keçirmək niyyətindədir. Bunun üçün zəruri qanunvericilik aktları icad edilir və qəbul edilir. Brüssel onun inkişafı üzərində intensiv işləyir. (unikal)

Tarix: 27-02-2023, 21:44 Oxunub: 16


Bölməyə aid digər xəbərlər