İzmirdə yaşayış binasında güclü yanğın - Sakinlər təxliyə edildi+Video

İzmirdə yaşayış binasında güclü yanğın - Sakinlər təxliyə edildi+Video
Türkiyənin İzmir şəhərində 8 mərtəbəli, 4 bloklu yaşayış binasında güclü yanğın başlayıb.

GununNebzi.az
Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın qısa müddətdə bütün binaya yayılıb.
Əraziyə çox sayda yanğınsöndürən cəlb edilib.

Hadisə yerinə gələn İzmir valisi Səlim Köşger “TRT Haber”ə yanğın başladığı zaman binanın bütün sakinlərinin təxliyə edildiyini bildirib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Tarix: 28-04-2023, 01:35 Oxunub: 22


Bölməyə aid digər xəbərlər