09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Armen Qriqoryan: “Azərbaycan və Ermənistan 2023-cü ilin sonuna kimi sülh sazişi imzalaya bilər”

Armen Qriqoryan: “Azərbaycan və Ermənistan 2023-cü ilin sonuna kimi sülh sazişi imzalaya bilər”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır.

“Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq”, - Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, İrəvan iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü müsbət qiymətləndirir.

“Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Beynəlxalq ictimaiyyətin bu gündəmə yardımı çox vacibdir”, - Qriqoryan bildirib.

(oxu.az)

Tarix: 5-06-2023, 00:46 Oxunub: 7


Bölməyə aid digər xəbərlər
7-04-2023, 11:25 Armen Qriqoryan İrana gedir