Macarıstan Ukrayna ilə bağlı bu qərara veto qoydu

Macarıstan Ukrayna ilə bağlı bu qərara veto qoydu

Macarıstan Ukraynaya 50 milyard avro ayrılmasına veto qoyub.

GununNebzi.az
xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Aİ sammitinin birinci gününün yekunlarına dair “X” şəbəkəsində verdiyi açıqlamada qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel faktı təsdiqləyib. Onun sözlərinə görə, yalnız Macarıstan buna qarşı çıxıb.

Məsələ 2024-cü ilin martında keçiriləcək növbəti sammitdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, ötən gün Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı səsvermə zamanı Aİ sammitinin iclas zalını tərk edib.
Macarıstan Ukrayna ilə bağlı bu qərara veto qoydu



(Qafqazinfo)

Tarix: 15-12-2023, 10:47 Oxunub: 4


Bölməyə aid digər xəbərlər