ABŞ-nin keçmiş prezidenti (2009-2017) Barak Obama vitse-prezident Kamala Harrisi seçkilərdə dəstəkləyəcək.
GununNebzi.az xəbər verir ki, bu barədə “NBC” mənbələrinə istinadən məlumat yayıb.
“O, müntəzəm olaraq onunla danışır və onun üçün yaxşı bir başlanğıc olduğunu düşünür”, - deyə nəşr qeyd edib.
Bildirilib ki, digər partiya liderləri onu açıq şəkildə dəstəkləsələr də, Obama indiyə qədər dəstəyini gizli saxlayıb. Məlumata görə, hər iki siyasətçinin köməkçiləri onların seçki kampaniyası zamanı bir yerdə görünmə ehtimalını müzakirə ediblər, lakin dəqiq tarix heç vaxt seçilməyib.
Mişel Obamanın da Harrisin namizədliyini dəstəklədiyi deyilir. Nəşr yazıb ki, Obama Harrisə son günlərdəki görüşləri zamanı kampaniya və Ağ Ev barədə məsləhət verib.
Bundan əvvəl “The New York Post” qəzeti yazıb ki, Barak Obama vitse-prezident Kamala Harrisin seçkilərdə ölkənin sabiq lideri Donald Trampa qalib gələcəyinə inanmadığını deyib.
Xatırladaq ki, Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan edib və Harrisin namizədliyini dəstəkləyib. Tramp da öz növbəsində dəfələrlə bildirib ki, onun üçün hazırkı vitse-prezidenti məğlub etmək Baydendən daha asan olacaq. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.
Bölməyə aid digər xəbərlər