ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyinin irəli sürülməsi üçün lazımi sayda səs toplayıb.
GununNebzi.az” TASS-a istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Hazırki prezident Co Bayden iyulun 21-i seçki yarışından geri çəkildiyini elan etdikdən sonra prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
Bölməyə aid digər xəbərlər