“Hizbullah” silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib.
GununNebzi.az xəbər verir ki, bu haqda “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, əraziyə çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atılıb. İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Ətraflı
Ad - 00:02
Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir. Mərmilərin Beyt Hillel, Kiryat Şmona və Misqav Amadan atıldığı bildirilir.
Peyk görüntüləri ərazidə böyük dağıntılar olduğunu göstərir.
Həmçinin Netanyahunun ofisindən alınan məlumatlara da istinad edilib ki, “Hizbullah”ın raketləri 710-dan çox meşə yanğınına səbəb olub, Yuxarı Qalileydən Qolan Təpələrinə qədər ərazilərdə 105 kvadrat kilometr ərazini yandırıb.
Bölməyə aid digər xəbərlər