23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukrayna Putinə görə onları hədələdi

Ukrayna Putinə görə onları hədələdi
Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi Vladimir Putinin Monqolustan səfərini Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) və beynəlxalq cinayət hüququna “ağır zərbə” kimi qiymətləndirib.

GununNebzi.az
xəbər verir ki, Ukrayna XİN rəsmisi bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Ulan-Batoru bunun nəticələri ilə hədələyib.

Tixinin sözlərinə görə, Monqolustan öz hərəkətləri ilə ədalətdən yayınmağa kömək edib:

“Biz bunun Ulan-Bator üçün nəticələrinin olmasını təmin etmək üçün tərəfdaşlarımızla çalışacağıq”.

Qeyd edək ki, Putin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkə olan Monqolustanda səfərdədir.

Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməlidir.


Tarix: 3-09-2024, 00:04 Oxunub: 0


Bölməyə aid digər xəbərlər