Ermənistan Avropa Şurasının Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannaməsini imzaladığı barədə yayılan xəbəri yalanlayıb.
GununNebzi.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yayıb.
Onun sözlərinə görə, ölkəsi həmin sənədi imzalamayıb: “Ermənistan əvvəldən bəyannaməyə qoşulmayıb”.
Xatırladaq ki, dünən Ermənistan və Gürcüstanın Avropa Şurasının sözügedən bəyannaməsini imzalamasına dair məlumat yayılıb. “Lenta.ru” Ermənistanın ilk olaraq bəyannaməni imzaladığını, daha sonra isə imzasını geri götürdüyünü yazıb.
Bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb. Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər. Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır.
Bölməyə aid digər xəbərlər