Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin şurasının iclasını qısa müddətə tərk edib.
GununNebzi.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Putinə dünya liderlərindən birinin telefon zəngi olub.
Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib:
“Beynəlxalq telefon danışığı aparmalıyam. Əvvəlcədən üzr istəyirəm. Beş dəqiqə ekrandan uzaqlaşmalıyam. Danışıb qayıdacağam”.
Lakin prezident söhbətin konkret olaraq kiminlə getdiyini açıqlamayıb. Daha sonra iclasa qayıdıb.
Kremlin mətbuat xidməti isə bildirib ki, Putin Qvineya-Bisaudan olan həmkarı Oumar Sisoku Embalo ilə telefonla danışıb.
Qeyd olunub ki, söhbətin mövzusu iki ölkə arasında tərəfdaşlıq olub.
Görüntüləri təqdim edirik:
Bölməyə aid digər xəbərlər