Rusiyanın regionlarına kütləvi PUA hücumu oldu - Video

Rusiyanın regionlarına kütləvi PUA hücumu oldu - Video
Yanvarın 24-nə keçən gecə Ukrayna ordusu Rusiyanın 10-dan çox bölgəsinə pilotsuz uçuş aparatları ilə hücum edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ümumilikdə ölkənin 13 regionu üzərində 121 dron zərərsizləşdirilib.

Sözügedən regionlar arasında Bryansk, Ryazan, Kursk, Saratov, Rostov, Belqorod və digərləri var.

İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Rusiyanın teleqram kanallarında və sosial şəbəkələrin Ukrayna seqmentində hücumla bağlı görüntülər yayılıb. Ukrayna mediası Ryazanda neft emalı zavoduna zərbə endirildiyini yazıb.


Tarix: Dünən, 11:26 Oxunub: 0


Bölməyə aid digər xəbərlər